lider-media.az

Qax Dövlət Təbiət Yasaqlığının Acınohur çölü ərazisində ceyranların sayım monitorinqi aparılıb

Baxış: 99 Tarix: 20-11-2024, 14:16

Monitorinqlər Acınohur çölündə və ətraf ərazilərdə ümumi sahəsi 20 000 hektardan artıq olan ərazidə təşkil edilib və 504 baş ceyran vizual olaraq müşahidə edilib.Qeyd edək ki, həmin ərazidə 2023-cü ilin noyabrında aparılan monitorinq zamanı 345 baş ceyran qeydə alınıb. Müqayisə göstərir ki, bir il ərzində yasaqlığın Acınohur çölü ərazisində ceyranların uyğunlaşma prosesi uğurla davam edib və artan dinamika (159 baş) müşahidə edilib.2010-cu ildən etibarən Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən İDEA İctimai Birliyi və WWF-in Azərbaycan Nümayəndəliyinin dəstəyi ilə “Azərbaycan Respublikası ərazisində ceyranların mühafizəsi, reintroduksiyası və tarixi areallarının yenidən bərpası” layihəsi həyata keçirilir.Layihə nəticəsində Azərbaycanda Şirvan Milli Parkı və Korçay Dövlət Təbiət Qoruğunda təbii populyasiyaların artımından sonra, yeni, dayanıqlı ceyran populyasiyasının yaradılmasına nail olunub.

Lider-Media.az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi