2020-ci ilin sentyabrın 27-də Azərbaycan Ordusu düşmənin təxribatını dəf etmək və Ermənistanın işğalına qoymaq üçün genişmiqyaslı əks-hücum əməliyyatlarına başladı. Hərbi əməliyyatlar zamanı uzun illər işğal altında olan torpaqlar Azərbaycan Silahlı Qüvvələri tərəfindən qarışbaqarış azad edildi. Azad olunan hər bir kənd ölkədə döyüş ruhunu gücləndirdi, Qələbəyə inamı daha da artırdı.Azərbaycan Ordusunun ardıcıl qələbələr qazanması düşməni təşvişə saldı. Erməni hərbçiləri döyüş meydanından qaçmaqla canlarını qurtarmağa çalışdılar. Azərbaycanın işğal olunmuş torpaqlarının böyük hissəsi 44 günlük döyüşlər nəticəsində azadlığına qovuşdu.
Ağdam düşmən tərəfindən bütünlüklə minalandığından və ən möhkəm istehkamlar burada quraşdırıldığından Azərbaycan Ordusu uğurlu hərbi taktika işlədərək bu istiqamətdə geniş döyüş əməliyyatları aparmadı. Amma Azərbaycan Silahlı Qüvvələrinin cəbhənin digər istiqamətlərində həyata keçirdiyi uğurlu əməliyyatlar nəticəsində düşmənin Ağdamdakı qüvvələri yarımmühasirə vəziyyətinə düşdü. Bu da Ermənistan daxilində və bu ölkənin hərbi-siyasi rəhbərliyi arasında böyük çaxnaşmanın yaranmasına səbəb oldu.
Azərbaycan Ordusunun gücü və qüdrətinin qarşısında tab gətirməyin mümkün olmadığını dərk edən Ermənistanın hərbi-siyasi rəhbərliyi kapitulyasiya aktını imzalamağa məcbur oldu. Beləliklə, 2020-ci ilin noyabrın 10-da imzalanan üçtərəfli bəyanata uyğun olaraq Ağdam rayonu noyabrın 20-də Azərbaycana qaytarıldı. Bununla da 27 il ərzində işğal altında olan Ağdam şəhəri qəsbkarlardan tamamilə azad edildi, həmin gün Azərbaycan Ordusunun bölmələri rayona daxil olaraq orada bayrağımızı ucaltdı.İşğaldan azad edilmiş digər bölgələrimizdə olduğu kimi, Ağdam rayonunda da geniş quruculuq-abadlıq işləri aparılır. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev dəfələrlə Ağdama səfər edib, aparılan genişmiqyaslı tikinti və quruculuq işləri ilə yaxından maraqlanıb, yeni yaşayış məntəqələrinin təməlini qoyub.Azərbaycan xalqı hər il 20 noyabr – Ağdam Şəhəri Gününü böyük qürur və fəxarət hissi ilə qeyd edir.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası



ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Prezident İlham Əliyev forumda iştirak edib
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib YENİLƏNİB
HÜSEYN ƏLİXANOV: QƏLƏBƏYƏ APARAN YOL
Qürurlu və şanlı tarix Bakının işğaldan azad edilməsindən 106 il ötür
31 Mart soyqırımı - XX əsrdə azərbaycanlılara qarşı etnik təmizləmə və kütləvi soyqırımı cinayətlərinin tərkib hissəsidir
KMBİ tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxsi saxladı
İstanbulda Zəfər Gününə həsr olunan növbəti tədbir keçirilib
Deputat Pərvanə Vəliyeva seçiciləri ilə görüşüb
Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı müsabiqənin yazılı imtahan mərhələsinin keçirilmə tarixi dəyişdirilib
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb
Bakı–London münasibətlərində yeni strateji mərhələ: tərəfdaşlığın hədəfləri genişlənir
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib
Azərbaycan Konstitusiyası – müstəqil dövlətçiliyimizin hüquqi təməli
Bolqarıstan Respublikasının Prezidenti Zati-aliləri xanım İliyana Yotovaya
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib
Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə Prezidentinin Azərbaycana səfəri ilə bağlı paylaşım edilib VİDEO
COP31 çərçivəsində Antalyada dünyanın ən böyük müasir incəsənət proqramı – COPArt təqdim ediləcək
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub
Üçrəngli bayrağımızın kölgəsində yazılan Zəfər: Vətən müharibəsinin 44-cü günü – Qələbəyə aparan son döyüş
Professor: " Üçrəngli bayrağımız hər bir azərbaycanlının qürur və iftixar mənbəyidir"
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
İlham Əliyev: Heç kimə imkan vermərik ki, Azərbaycanla Türkiyənin arasına girsin
Prezident İlham Əliyev: Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdu

Erməni deputatlardan əzələ nümayişi
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
Yodun bir damlası, gələcəyin min ümidi
Ürəyin hər döyüntüsü – həyatın bizə bəxş etdiyi ən qiymətli səs
Payızın astanasında: Zamanın böyük dövranı
Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb