lider-media.az

Xəzərin sahilyanı ərazilərinin dayanıqlığı və biomüxtəlifliyin qorunması COP29-da müzakirə olunub

Baxış: 320 Tarix: 19-11-2024, 15:48

Lider-Media.az xəbər verir ki,COP29 çərçivəsində "İqlim dəyişikliyinin təsirləri altında Xəzər dənizinin sahilyanı ərazilərinin dayanıqlığının gücləndirilməsi və biomüxtəlifliyin qorunması" mövzusunda Xəzəryanı ölkələrin müvafiq ekspertləri, beynəlxalq təşkilatlar, BMT agentlikləri və elmi tədqiqatçıların iştirakı ilə toplantı keçirilib.
Tədbirin məqsədi Xəzər dənizinin çirklənməsinin qarşısının alınması, biomüxtəlifliyin qorunması və iqlim dəyişikliyinin Xəzər dənizinin ekosisteminə təsirlərinin aradan qaldırılması üzrə regional əməkdaşlığın inkişaf etdirilməsidir.
Tərəflər Xəzər dənizinin biomüxtəlifliyinin qorunması məsələsini, iqlim tənzimlənməsi və iqtisadi fəaliyyətlərdə, o cümlədən balıqçılıq, nəqliyyat və enerji istehsalı sahələrində oynadığı mühüm rolu vurğulayıb.
Ekspertlər bundan sonra Xəzərin ekoloji problemlərinin həlli və davamlı idarəetmənin təmin edilməsi məqsədilə əməkdaşlıq üzrə təkliflər irəli sürüb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi