lider-media.az

FHN-in Cənub Regional Mərkəzi “dəyirmi masa” keçirib

Baxış: 57 Tarix: 19-11-2024, 12:40

Lider-Media.az xəbər verir ki,Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının Liman şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyində “Fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində yerli icra qurumları və özünüidarə orqanları ilə qarşılıqlı fəaliyyətin təşkili" mövzusunda “dəyirmi masa” keçirilib.Tədbirdə FHN-in aidiyyəti yerli qurumlarının, icra və özünüidarə orqanlarının nümayəndələri, müvafiq idarə və müəssisə rəhbərləri, eləcə də şəhər sakinləri iştirak ediblər.

Tədbir zamanı fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətində qarşılıqlı fəaliyyətin təşkili, o cümlədən sularda insanların təhlükəsizliyinin təmin edilməsi, yanğın və texniki təhlükəsizlik qaydalarının tələblərinə riayət olunması ilə əlaqədar geniş müzakirə aparılıb.Tədbirdə maarifləndirici videoçarx və fotoslaydlar nümayiş olunub, suallar ətraflı cavablandırılıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi