lider-media.az

“Uşaq hüquqları aylığı” çərçivəsində Milli Hidrometeorologiya Xidmətinə uşaqların səfəri təşkil olunub

Baxış: 255 Tarix: 19-11-2024, 12:10

20 oktyabr - 20 noyabr tarixlərini əhatə edən “Uşaq hüquqları aylığı” çərçivəsində Bakı şəhəri Xətai rayonu 56 saylı orta məktəbin şagirdləri Milli Hidrometeorologiya Xidmətinə ekskursiya edib.Xidmətin mütəxəssisləri tərəfindən şagirdlərə Hidrometeorologiya muzeyində yer alan ölkəmizin milli hidrometeorologiyasının tarixini əks etdirən eksponatlar, ölçü cihazları, avadanlıqlar, fotoşəkillər barəsində məlumat verilib.Eyni zamanda Situasiya Mərkəzində şagirdlərə hidrometeoroloji müşahidələrin təşkili, hidrometeoroloji məlumatların qəbulu, emalı, vizuallaşması, həmçinin əldə edilmiş məlumatlar əsasında hava proqnozunun hazırlanması prosesi izah olunub.Tədbir zamanı şagirdlər ölkəmizdə uşaq hüquqlarının qorunması istiqamətində görülən işlər, ətraf mühitin mühafizəsi, ətraf mühitə dair qanunvericilik tələbləri, uşaqların ətraf mühitdən istifadə hüquqları və s. məsələlərə dair məlumatlandırılıb, onları maraqlandıran suallar cavablandırılıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi