lider-media.az

Beynəlxalq jurnalist: “Azərbaycan məni yaxşı mənada təəccübləndirdi”

Baxış: 350 Tarix: 19-11-2024, 08:48

 
“Mən COP29-a Kanadadan qatılmışam. Əslən Tayvandlıyam. Hazırda Qərbdə Azərbaycana qarşı ciddi qaralamala kompaniyaları gedir. Lakin mən gəlib gördüm ki, bu heç də belə deyil”. 

Bunu Lider-media.az-a açıqlamasında tayvanlı jurnalist Çenq An Çanq deyib. 

Onun sözlərinə görə, Azərbaycan mövcud olan bütün miflərin əksinə çox mükəmməl ölkədir. İnsanları isə olduqca mehriban və qayğıkeşdir:


”Bu mənim ilk COP təcrübəmdir. Mən həm narahat, həm də həyəcanlı idim. Narahatlığımın səbəbi çox insanın Azərbaycan haqqında yalnış düşüncələri idi. Mən buraya gəldiyim ilk gündən başlayaraq çalışdığım TV kanalı da daxil olmaqla, bütün ailəm və dostlarıma Azərbaycan haqqında məktublar yazmışam. Mən sözün əsl mənasında bu ölkəyə heyran qaldım. İlk COP təcrübəmi Azərbaycanda keçirmək mənim ən böyük şansım oldu. Mən tezliklə yenidən gələcəm”. 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi