lider-media.az

Qırğızıstan səfiri: “Azərbaycan bütün xalqları bir araya gətirməyə nail olub”

Baxış: 22 Tarix: 18-11-2024, 23:08

 

“Azərbaycan həqiqətən də çox gözəl bir iş çıxarıb. Qırğızıstan xalqı adından mən öz minnətdarlığımı bildirirəm ki, bizə də burada şans verilib ki, öz pavilyonumuzu açıb, iqlim məsələləri ilə bağlı narahatlığımızı dilə gətirə bilək”. 

Bunu Lider-media.az-a verdiyi açıqlamada Qırğızıstanın Azərbaycandakı səfiri Maksat Mamıtkanov deyib. 

Onun sözlərinə görə, ölkəsi çalışır ki, daha çox hidrotexniki zavodlar inşa edilsin. Bu, onlatı daha çox “yaşıl elektrik enerji”si istehsalı ilə təmin edəcək.  


“COP-un bütün iştirakçıları üçün belə gözəl şərait yaratdığına görə Azərbaycana minnətdarlığımızı bildiririk. Qırğızıstan üçün yaradılmış platformaya görə təşəkkürlər. Azərbaycanın burada hamımız üçün yaratdığı dialoq iqlim məsələsi ilə bağlı ümumi qlobal konsensusumuza nail olmaq üçün ən dəyərli vasitədir. Azərbaycanın burada olan bütün ölkələr üçün gördüyü işlər yalnız təqdir olunmalıdır”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2025    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi