lider-media.az

FHN tərəfindən növbəti ağacəkmə aksiyası

Baxış: 302 Tarix: 18-11-2024, 16:32

Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə ölkəmizdə 2024-cü ilin elan olunduğu “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Fövqəladə Hallar Nazirliyi Əsaslı Tikinti İdarəsinin təşkilatçılığı ilə ağacəkmə aksiyası keçirilib.

Əsaslı Tikinti İdarəsi əməkdaşlarının və Mülki müdafiə qoşunlarının (MMQ) şəxsi heyətinin iştirak etdiyi aksiya Mingəçevir şəhərində yerləşən MMQ-nin “N” saylı hərbi hissəsinin ərazisində təşkil olunub.Aksiya ətraf mühitin və ekoloji tarazlığın qorunmasına, yaşıllıqların artırılmasına dəstək verilməsi, eləcə də vətəndaşlar arasında ekoloji mədəniyyətin, təbiətə qayğı hissinin təbliğ edilməsi məqsədilə təşkil olunub.

Ağacəkmə aksiyasında əməkdaşlar tərəfindən eldar, sərv və küknar növlü şam ağacları əkilib, onlara müvafiq aqrotexniki qulluq göstərilib.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi tərəfindən ağacəkmə aksiyaları mütəmadi olaraq təşkil edilir.

Lider-Media.az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi