Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu
1. 99-4.5-ci maddəyə “Məcəllənin” sözündən sonra “104-1,” rəqəmləri əlavə edilsin.
2. Aşağıdakı məzmunda 104-1-ci maddə əlavə edilsin:
“Maddə 104-1. Ekosid
Bitki və ya heyvanlar aləminin kütləvi məhv edilməsi, atmosferin, torpaq və ya su ehtiyatlarının zəhərlənməsi, yaxud ekologiyaya ziyan vuran digər hərəkətlərin qəsdən törədilməsi, bu əməllər ekoloji fəlakətə səbəb olduqda və ya ekoloji fəlakətin baş verməsi üçün real təhlükə yaratdıqda –
on ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 22 oktyabr 2024-cü il