
Erməni daşnakları xalqımıza qarşı həmişə düşmənçilik mövqeyində durmuş, şəhər və kəndlərimizdə qanlı faciələr törətmiş, dinc əhaliyə olmazın əzab-əziyyətlərini vermiş, hər vasitə ilə öz mənfur niyyətlərini reallaşdırmağa çalışmışlar. Birinci Qarabağ savaşında erməni quldurları öz havadarlarının köməyi ilə Azərbaycan ərazilərində bir sıra vəhşiliklər törətmişlər. Vətənin taleyi təhlükədə olanda cəsur, qəhrəman oğullarımız bir nəfər kimi Vətənin müdafiəsinə qalxmış, odlu səngərlərdə daşnaklara sarsıdıcı zərbələr endirmişlər.
XX əsrin sonlarında ermənilərin Azərbaycana xaincəsinə təcavüzü zamanı Sergey Murtuzəliyev də könüllü olaraq döyüş meydanına atılmışdır. Sergey Murtuzəli oğlu Murtuzəliyev 17 noyabr 1963-cü ildə Bakının Pirallahı qəsəbəsində dünyaya göz açmışdır. Uşaqlıqdan təyyarəçi olmaq istəyirdi. Sergey orta məktəbdə təhsilini uğurla başa çatdırdıqdan sonra təyyarəçilər məktəbinə daxil olmuşdur. Məktəbi bitirdirdikdən sonra isə təhsilini Yeyski Ali Hərbi Aviasiya Məktəbində davam etdirmişdi.
Sergey Murtuzəliyev bir müddət Rusiya Federasiyasında çalışsa da qəlbi hər zaman Azərbaycanda idi və günlərin birində Sergey Azərbaycana döndü, Kürdəmirə gələrək hərbi aviasiya alayında xidmətə başladı. Polkovnik-leytenant rütbəsinə yüksəldi.
Birinci Qarabağ savaşı başlayanda Qarabağ səmasında ilk uçuş edənlərdən biri də polkovnik-leytenant Sergey Murtuzəliyev oldu. O, qısa müddətdə ad-san qazandı. Belə ki, Sergeyin təyyarəsi erməni yaraqlıları tərəfindən iki dəfə vurulsa da bu çətin məqamda təyyarəni yerə endirməyi bacarmış, özü də heç bir xəsarət almamışdı. O, dəfələrlə Qarabağa uçuşlar etmiş, əhalinin təhlükəsiz yerə çıxarılmasında böyük rəşadət, şəxsi igidlik göstərmişdir.Sergey Murtuzəliyev xidmət etdiyi hissədə nüfuz və hörmət qazanmışdır. Sergeyin düşmənə vurduğu zərbələrin hər biri bir qəhrəmanlıq idi. Bir sözlə, təcrübəli təyyarəçinin adı bir əfsanəyə çevrilmişdi.
30 avqust 1993-cü il... Təlim uçuşu... Vətənini sevən, daşnak quldurlarına dərin nifrət bəsləyən polkovnik-leytenant Sergey Murtuzəliyev təyyarənin sirlərini öyrədərkən qəzaya uğradı.Son mənzili Dərbənd şəhərindəki Darğuş kənd qəbiristanlığı oldu.
Azərbaycan Respublikası Prezidentinin 16 sentyabr 1994-cü il tarixli Fərmanı ilə polkovnik-leytenant Sergey Murtuzəli oğlu Murtuzəliyev ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adına layiq görülmüşdür.
Kürdəmir Hərbi Aviasiya alayında onun büstü qoyulmuşdur.
Lider-Media.az

ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Prezident İlham Əliyev forumda iştirak edib
Bəzi bələdiyyələr birləşdirilir
HÜSEYN ƏLİXANOV: QƏLƏBƏYƏ APARAN YOL
31 Mart soyqırımı - XX əsrdə azərbaycanlılara qarşı etnik təmizləmə və kütləvi soyqırımı cinayətlərinin tərkib hissəsidir
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib YENİLƏNİB
KMBİ tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxsi saxladı
İstanbulda Zəfər Gününə həsr olunan növbəti tədbir keçirilib
Deputat Pərvanə Vəliyeva seçiciləri ilə görüşüb
Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı müsabiqənin yazılı imtahan mərhələsinin keçirilmə tarixi dəyişdirilib
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb
Bakı–London münasibətlərində yeni strateji mərhələ: tərəfdaşlığın hədəfləri genişlənir
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib
Azərbaycan Konstitusiyası – müstəqil dövlətçiliyimizin hüquqi təməli
Bolqarıstan Respublikasının Prezidenti Zati-aliləri xanım İliyana Yotovaya
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib
Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə Prezidentinin Azərbaycana səfəri ilə bağlı paylaşım edilib VİDEO
COP31 çərçivəsində Antalyada dünyanın ən böyük müasir incəsənət proqramı – COPArt təqdim ediləcək
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub
Üçrəngli bayrağımızın kölgəsində yazılan Zəfər: Vətən müharibəsinin 44-cü günü – Qələbəyə aparan son döyüş
Professor: " Üçrəngli bayrağımız hər bir azərbaycanlının qürur və iftixar mənbəyidir"
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
İlham Əliyev: Heç kimə imkan vermərik ki, Azərbaycanla Türkiyənin arasına girsin
Prezident İlham Əliyev: Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdu

Erməni deputatlardan əzələ nümayişi
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
Yodun bir damlası, gələcəyin min ümidi
Ürəyin hər döyüntüsü – həyatın bizə bəxş etdiyi ən qiymətli səs
Payızın astanasında: Zamanın böyük dövranı
Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb