lider-media.az

Eqmont Qrupunun icraçı katibi ilə görüş keçirilib

Baxış: 242 Tarix: 16-11-2024, 20:52

Lider-Media.az xəbər verir ki,İqtisadiyyat naziri Mikayıl Cabbarov COP29 çərçivəsində Maliyyə Kəşfiyyatı Orqanlarının ixtisaslaşmış qurumu – Eqmont Qrupunun icraçı katibi Jerom Byumontla görüşüb.
Görüşdə Eqmont Qrupun strateji məqsədləri və maliyyə monitorinqi sistemi və prinsipləri barədə məlumat verilib. Ölkəmizdə maliyyə monitorinqinin beynəlxalq standartlara uyğun formalaşdırılması və inkişaf etdirilməsi istiqamətində reallaşdırılan tədbirlər diqqətə çatdırılıb, bu istiqamətdə – Eqmont Qrupu ilə əməkdaşlığın dərinləşdirilməsinin əhəmiyyətinə toxunulub.
Tərəflər yaşıl iqtisadiyyatın inkişafı istiqamətində həyata keçirilən tədbirlər, fiskal mexanizmlərin dayanıqlı inkişaf üçün faydaları və potensial sahələrdə əməkdaşlıq məsələləri barədə fikir mübadiləsi aparıblar.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi