“ACWA Power” şirkəti ilə əməkdaşlıq məsələləri müzakirə olunub
LiderMedia.az xəbər verir ki,COP29 çərçivəsində “ACWA Power” şirkətinin baş icraçı direktoru ilə görüşdə yaşıl enerji layihələri çərçivəsində uğurlu əməkdaşlıq müzakirə edilib.İqtisadiyyat naziri Mikayıl Cabbarov COP29 çərçivəsində Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkətinin baş icraçı direktoru Marko Arçelli ilə görüş keçirib.
Görüşdə bərpa olunan enerjinin səmərəliliyinin, alternativ enerji mənbələrinin enerji sektorunda payının artırılmasının ölkəmizin iqtisadi inkişaf strategiyasında vacib məsələlərdən olduğu diqqətə çatdırılıb. Bu istiqamətdə alternativ enerji sektorunda aparıcı şirkətlərdən olan “ACWA Power” şirkəti ilə əməkdaşlığa önəm verildiyi qeyd olunub.
Tərəflər bərpa olunan yaşıl enerji layihələri çərçivəsində şirkətin ölkəmizlə birgə fəaliyyətinin uğurla irəliləməsindən məmnunluq ifadə ediblər. Azərbaycanda əlverişli investisiya imkanlarının artırılması, SOCAR-la əməkdaşlığın şaxələndirilməsi və karbonsuzlaşma istiqamətində atılan addımlar nəzərdən keçirilib.