lider-media.az

"Cisco Systems" şirkəti ilə əməkdaşlığın təşviqi müzakirə edilib

Baxış: 121 Tarix: 16-11-2024, 18:09

COP29 çərçivəsində "Cisco Systems" şirkətinin təmsilçiləri ilə görüşdə dayanıqlı iqtisadiyyatın inkişafına dəstək verən müasir texnologiyaların tətbiqi və innovasiya ekosisteminin təkmilləşdirilməsi üzrə birgə fəaliyyətin təşviqi imkanları nəzərdən keçirilib.İqtisadiyyat naziri Mikayıl Cabbarov COP29 çərçivəsində "Cisco Systems" şirkətinin baş vitse-prezidenti, dayanıqlıq üzrə baş direktoru Meri de Vısotski ilə görüşüb.

Görüşdə texnologiyaların imkanlarından yararlanmaqla işgüzar sferada, eləcə də insan kapitalının inkişafı sahəsində irəliləyişlərə nail olmaq, iqtisadi artımın dayanıqlı əsaslarla formalaşdırılmasını təmin etmək və iqlim fəaliyyətinin səmərəliliyini artırmaq barədə müzakirələr aparılıb. Süni intellektdən yararlanmaqla biznes subyektlərinin fəaliyyətində effektivliyin artırılması, eləcə də kənd təsərrüfatı, suyun idarə edilməsi sahələrində innovativ həllərdən  istifadə ilə bağlı təcrübələr diqqətə çatdırılıb.Şirkətin ölkəmizdəki fəaliyyətinin şaxələndirilməsi və bu çərçivədə yeni əməkdaşlıq imkanları nəzərdən keçirilib.Dayanıqlı inkişaf hədəflərinə nail olmaq üçün qlobal sinerjinin təmin edilməsinin əhəmiyyətli perspektivləri vurğulanıb.

Tərəflər əməkdaşlıq potensialının reallaşdırılması istiqamətində infrastrukturun yenilənməsi, innovasiyaların tətbiqinin təkmilləşdirilməsi, rəqəmsal iqtisadiyyatın əhatəsinin genişləndirilməsi,  müasir texnologiyalardan istifadənin təşviqi və birgə istehsalın təşkili imkanlarının dəyərləndirilməsi barədə fikirlərini bölüşüblər. 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi