lider-media.az

“Schneider Electric” şirkətinin nümayəndələri ilə görüş

Baxış: 115 Tarix: 15-11-2024, 21:44

COP29 çərçivəsində Fransanın “Schneider Electric” şirkətinin beynəlxalq əlaqələr üzrə icraçı vitse-prezidenti ilə görüşdə karbonsuzlaşma və sənaye texnologiyaları üzrə mümkün əməkdaşlıq müzakirə olunub.
İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev COP29 çərçivəsində Fransanın “Schneider Electric” şirkətinin beynəlxalq əlaqələr üzrə icraçı vitse-prezidenti Maniş Pant ilə görüşüb.
Görüşdə Azərbaycanda yaradılmış əlverişli işgüzar mühit, həmçinin, yaşıl enerji təhlükəsizliyi tədbirləri, yaşıl keçid layihələri, ekosistemin rəqəmsallaşdırılması, innovasiyaların tətbiqi üzrə görülən işlər barədə məlumat verilib, bu kimi istiqamətlər üzrə əməkdaşlıq imkanları diqqətə çatdırılıb.
Tərəflər bərpaolunan enerjidən istifadə, karbonsuzlaşma, rəqəmsallaşma və sənaye texnologiyaları üzrə mümkün əməkdaşlıq barədə fikir mübadiləsi aparıblar.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi