Biləsuvar rayon İcra Hakimiyyətinin Başçısı Faiq Qürbətov rayon sakinlərinin müraciətlərini dinləyib
Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov keçirdiyi qəbul zamanı müraciət edən rayon sakinlərini dinləyərək, onların problemlərinin qanunamüvafiq qaydada aradan qaldırılması istiqamətində müvafiq göstərişlər verib.
Qəbul zamanı bir sıra məsələlər yerindəcə həll edilib, icrası vaxt tələb edən müraciətlər isə araşdırılaraq həll edilməsi üçün icraata götürülüb.Vətəndaşlar əsasən maddi köməklik olunması, məşğulluğun təmin edilməsi, torpaq məsələləri və eləcə də digər sosial müdafiə məsələlərini ilə bağlı müraciətlər edib.Qəbulda Biləsuvar Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları da iştirak edib.
Lider-Media.az