lider-media.az

“EY” şirkəti ilə əməkdaşlıq müzakirə edilib

Baxış: 85 Tarix: 15-11-2024, 14:58

COP29 çərçivəsində “EY” şirkətinin dayanıqlılıq üzrə qlobal sədr müavini ilə görüşdə enerji keçidi və əməkdaşlığın prioritet istiqamətləri, dayanıqlı və yaşıl iqtisadiyyat barədə müzakirələr aparılıb.

Lider--Media.az xəbər verir ki,İqtisadiyyat naziri Mikayıl Cabbarov COP29 çərçivəsində Böyük Britaniyanın “EY” şirkətinin dayanıqlılıq üzrə qlobal sədr müavini Emi Brakio ilə görüşüb.

Görüşdə ölkəmizdə innovasiya ekosisteminin vəziyyəti və müasir çağırışlarla bağlı müzakirələr aparılıb. Dayanıqlı və yaşıl iqtisadiyyata keçid, dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün görülən işlər nəzərdən keçirilib. “Yaşıl” layihələrin reallaşdırılması, təmiz texnologiyaların tətbiqi və iqlim fəaliyyətinin hədəfləri ilə uzlaşan sərmayələrin təşviqi sahəsində mövcud imkanlar diqqətə çatdırılıb. Dayanıqlı inkişaf məqsədlərinə xidmət edən biznes strategiyalarının, ekoloji dayanıqlığı dəstəkləyən investisiyaların təşviqinin və dövlət-özəl tərəfdaşlığının önəmi vurğulanıb.

Tərəflər Azərbaycanda dayanıqlı iqtisadi artım, insan kapitalının inkişafı və “yaşıl” bacarıqların artırılması, enerji keçidi strategiyaları və əməkdaşlığın prioritet istiqamətləri barədə fikir mübadiləsi aparıblar.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi