lider-media.az

Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov BMT Baş katibinin köməkçisi ilə görüşüb

Baxış: 589 Tarix: 15-11-2024, 12:33

Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov BMT Baş katibinin köməkçisi, BMT-nin İnkişaf Proqramının (BMTİP) Avropa və Müstəqil Dövlətlər Birliyi üzrə Regional Bürosunun direktoru İvana Jivkoviç ilə görüşüb.Görüş zamanı qarşılıqlı maraq kəsb edən bir çox məsələlər, o cümlədən Azərbaycan Respublikasının ərazisində yaradılması nəzərdə tutulmuş  ANAMA-BMTİP-nin Mina Təhlükəsi ilə Mübazirə üzrə Beynəlxalq Qabaqcıl Təcrübə  və Təlim Mərkəzi ilə bağlı fikir mübadiləsi aparılıb.

Vüqar Süleymanov Azərbaycanın üzləşdiyi mina probleminin insanların həyat və sağlamlığına, ətraf mühitə yaratdığı təhdidlər və bu problemin aradan qaldırılması istiqamətində həyata keçirilən fəaliyyət barədə qonağa məlumat verib.COP29 çərçivəsində Azərbaycana səfər edən İvana Jivkoviç sözügedən beynəlxalq tədbirin ölkəmizdə yüksək səviyyədə təşkil olunduğunu qeyd edərək, mina təhlükəsi ilə mübarizə sahəsinin BMTİP-nin Azərbaycandakı ən vacib istiqamətlərindən biri olduğunu diqqətə çatdırıb.Görüşdə BMTİP ilə ANAMA-nın uzun illərə dayanan sıx əməkdaşlıq tarixçəsinin olduğu və humanitar minatəmizləmə potensialının gücləndirilməsi və genişləndirilməsi istiqamətində faydalı əməkdaşlığın davam etdirilməsinin vacibliyi vurğulanıb.

Lider-Media.az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi