lider-media.az

BMT Baş katibinin köməkçisi Elçin Əmirbəyovla mina problemini müzakirə edib

Baxış: 275 Tarix: 15-11-2024, 09:13

BMT Baş katibinin köməkçisi, BMT-nin İnkişaf Proqramının (BMTİP) Avropa və MDB üzrə regional bürosunun direktoru İvana Jivkoviç Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov və Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanovla görüşüb.

Bu barədə BMT-nin rəsmisi sosial şəbəkədə bildirib.“Səfir Elçin Əmirbəyova COP29 çərçivəsində gözəl görüş üçün təşəkkür edirəm. BMTİP Karbonun Açıqlanması Layihəsinin (CPD) hazırlanması, habelə yaşıl keçid və minalarla mübarizə planlarının vaxtında müzakirəsi aparılıb”, – dünya təşkilatının nümayəndəsi qeyd edib.

Eyni zamanda, ANAMA İH-in sədri ilə görüşə toxunan Jivkoviç “birlikdə Azərbaycanda və dünyada daha təhlükəsiz, minasız gələcək üçün mina əleyhinə fəaliyyətdə innovasiyaları inkişaf etdirdiklərini” vurğulayıb.

Lider-Media.az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi