lider-media.az

Azərbaycan bu ölkələrə 4,2 milyard investisiya yatırıb

Baxış: 32 Tarix: 14-11-2024, 16:53

Son 30 il ərzində Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramına (CAREC) üzv olan ölkələrindən Azərbaycana birbaşa investisiyalar 1,4 milyard ABŞ dolları, Azərbaycanın CAREC ölkələrinə birbaşa investisiyaları isə 4,2 milyard ABŞ dolları təşkil edib.Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov COP29 çərçivəsində keçirilən "İqlim, İnnovasiya və Ticarət üzrə CAREC Tərəfdaşlığı üzrə Nazirlər Görüşü"ndə bildirib.

"Azərbaycan CAREC-ə üzv ölkələr ilə ticarət və investisiya əlaqələrinin gücləndirilməsi istiqamətində səylərini davam etdirir. Bu ilin ilk 9 ayı ərzində Azərbaycanla CAREC üzv dövlətləri arasında ticarət dövriyyəsi təxminən 4 milyard ABŞ dolları təşkil edib və həmin dövrdə CAREC ölkələrinin Azərbaycanın ümumi xarici ticarətindəki payı 11,5 % olub. Qarşılıqlı investisiyalarda da eyni müsbət dinamikanı müşahidə edirik", - M. Cabbarov qeyd edib.



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2025    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi