lider-media.az

Ölkəmizin mina problemi 12-ci Ümumdünya Şəhərsalma Forumunda beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılıb

Tarix: 14-11-2024, 11:40

Lider-Media.az xəbər verir ki,Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanovun başçılıq etdiyi Agentliyin nümayəndə heyəti Misir Ərəb Respublikasının Qahirə şəhərində Ümumdünya Şəhərsalma Forumunun (WUF12) 12-ci sessiyası çərçivəsində Azərbaycan Respublikasının  Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən təşkil olunan milli pavilyonda və yan tədbirdə iştirak edib.Tədbirdə iştirakın məqsədi Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə təşviq edilən humanitar minatəmizləməni özündə ehtiva edən 18-ci Qlobal Dayanıqlı İnkişaf Məqsədinə diqqətin cəlb edilməsi, minalardan zərər çəkən ölkələr arasında əməkdaşlığın gücləndirilməsi və Forum müddətində Azərbaycan Respublikasının pavilyonununda ölkəmizdə həyata keçirilən minatəmizləmə əməliyyatlarına həsr olunmuş stenddə müvafiq məlumatların təqdim edilməsidir.

Forum çərçivəsində Azərbaycan nümayəndəliyi tərəfindən “Münaqişə sonrası bərpa üçün yolun təmizlənməsi: Minatəmizləmədə İnnovasiyalar və Çağırışlar” adlı yan tədbir keçirilib.

Yan tədbirdə açılış nitqi ilə çıxış edən Agentliyin İdarə Heyətinin sədri Vüqar Süleymanov “Böyük Qayıdış” proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin təhlükəsiz qayıdışını, bu ərazilərdə iqtisadi və sosial həyatın canlanmasını dəstəkləyən humanitar minatəmizləmə fəaliyyəti sayəsində Zəngilan, Füzuli, Laçın, Şuşa, Xocalı və Cəbrayıl rayonlarında 8600-dən çox məcburi köçkündən ibarət ümumilikdə 2263 ailənin məskunlaşmasını diqqətə çatdırıb. O, minatəmizləmə işlərinin infrastruktur layihələri, kənd təsərrüfatı fəaliyyətləri və şəhərlərin təhlükəsiz inkişafı üçün geniş şərait yaratdığını qeyd edib.

BMT İP-nın Minatəmizləmə fəaliyyəti üzrə məsləhətçisi Steinar Essenın moderatorluğu ilə keçirilən tədbirdə Agentliyin Keyfiyyətə nəzarət idarəsinin rəisi Elnur Qasımov, ASEAN Regional Minatəmizləmə Mərkəzinin icraçı direktoru Rotna But, Serbiya Minatəmizləmə Mərkəzinin direktoru Bojan Glamoclija və Cenevrə Beynəlxalq Humanitar Minatəmizləmə Mərkəzinin Proqram Təminatı üzrə direktoru Deyv Villey çıxış edib.

Yan tədbirdə işğaldan azad edilmiş ərazilərdə təhlükəsiz, dayanıqlı və davamlı şəhər inkişafının təmin edilməsində humanitar minatəmizləmənin mühüm rolu, bu istiqamətdə mümkün innovativ metodlar və əməkdaşlıq strategiyalarının tətbiqi ilə bağlı mövzulara toxunulub.Ölkəmiz istər yerli, istərsə də beynəlxalq miqyasda keçirilən bu kimi tədbirlərdə iştirakı ilə dünyada mövcud olan mina probleminin aradan qaldırılması istiqamətində qlobal həll yollarının tətbiqinə dəstək göstərir və bu təşəbbüslərlə çıxış edir.

 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi