lider-media.az

İki ay ərzində 222 nəfər keçmiş məcburi köçkün peşə təliminə cəlb edilib

Baxış: 95 Tarix: 7-03-2024, 15:10

“Accelerated Career Academy” (ACA) MMC Dövlət Məşğulluq Agentliyi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ilə birgə layihələr həyata keçirir. İşğaldan azad olunmuş ərazilərdə peşə hazırlığı ilə yanaşı sosial psixioloji dəstək, peşəkar təlimçilərin iştirakı ilə master klassların təşkili planlaşdırılır.

Bunu Şuşa şəhərində "Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində “Əhalinin peşə hazırlığının təşkili” mövzusunda keçirilən tədbirdə ACA MMC-nin rəhbəri Samirə Quliyeva deyib.

“ACA MMC kadr hazırlığını sahibkarlarla birgə həyata keçirir. İki ay ərzində 222 keçmiş məcburi köçkünü peşə təliminə cəlb etmişik. Təlimə cəlb olunan vətəndaşlar arasında qadınlar çoxluq təşkil edir - 65 faiz. İxtisaslar arasında daha çox qənnadçı, saç ustası, vizajist, avtomobil çilingəri, qaynaqçı, SƏTƏM üzrə mütəxəssis, baytar köməkçisi kimi peşələr xüsusi yer alıb. Artıq qənnadçı peşəsini yekunlaşdırmış qadınların 56 faizi şəxsi biznesini açıb, digərləri isə şirniyyat sexlərində işlə təmin olunub”, - deyə o bildirib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2025    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi