lider-media.az

Gənclər Kitabxanasında Konstitusiya Günü ilə əlaqədar silsilə materiallar hazırlanıb

Baxış: 10 Tarix: 12-11-2024, 12:14

Gənclər Kitabxanasında Konstitusiya Günü ilə əlaqədar silsilə materiallar hazırlanıb

Bu gün Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 29 il ötür. Bu münasibətlə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında “Hüquq və azadlıqlarımızın təminatçısı” adlı metodiki vəsait və “12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya Günü” adlı virtual kitab sərgisi hazırlanıb.Kitabxananın saytında yerləşdirilən https://ryl.az/funds/metodiki-vesaitler metodiki vəsaitdə rəsmi sənədlər, insan hüquq və azadlıqlarına dair sitatlar, mövzunu əhatə edən kitabların və digər informasiya daşıyıcılarının kitabxanalarda geniş təbliği məqsədilə müxtəlif kütləvi tədbirlərin həyata keçirilməsinə dair tövsiyələr, kitabxananın Konstitusiya Gününə dair tərtib etdiyi virtual sərgilərin linkləri və ədəbiyyat siyahısı verilib.

Virtual sərgidə 1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul olunması, 1996-cı il fevralın 6-da Ulu Öndər Heydər Əliyevin Sərəncamı ilə 12 noyabrın Azərbaycan Respublikasının Konstitusiya Günü elan edilməsi haqda məlumatlarla yanaşı, qanunvericilik toplusunun neçə bölmə, maddə və fəsildən ibarət olması da nəzərə çatdırılır. Kitabxana əməkdaşları tərəfindən hazırlanan sərgidə Vətən müharibəsi dövründə Konstitusiya Məhkəməsinin Azərbaycanın haqq səsinin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması istiqamətində olan fəaliyyəti haqqında da məlumat verilir.



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2025    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi