lider-media.az

Azərbaycanda alternativ hərbi xidmət MÜZAKİRƏ EDİLİR

Tarix: 12-11-2024, 10:58

Azərbaycanda alternativ hərbi xidmət MÜZAKİRƏ EDİLİR

“Mədəniyyət sahəsində çalışan bəzi həssas istiqamətlər var ki, onların hərbi xidmətə cəlb edilməsinə baxış fərqli olmalıdır. Bura xoreoqrafiya, balet, milli rəqs və incəsənətin digər həssas sahələrində çalışanlar aiddir”.Bunu mədəniyyət naziri Adil Kəirmli deyib.Nazir bildirib ki, bu kimi sahələrdə çalışan sənətçilərin hərbi mükəlləfiyyətə münasibətində qanunvericiliyin verdiyi imkanlar alternativ hərbi istiqamətlərinin təbliğ edilməsi və qanunvericilikdə bunun əsaslarının müəyyən edilməsi sahəsində işlər aparılır, işçi qrupu səviyyəsində mövzu müzakirə olunur.
“Təbii ki, burada dünya təcrübəsi nəzərə alınmaqdadır. Çünki elə sahələr var ki, biz gərək sənətçilərimiz cəlb edilməsi və qorunması məsələsini təmin edək. Çünki bu sənət sahələri həssas sahələridir. Bu sahənin adamlarının yaradıcılığının ortaya qoyulması böyük zaman tələb edir. Təbii ki, hər bir şəxsin hərbi xidmət keçmək borcudur, lakin bunun alternativ istiqamətləri də var və düşünürük ki, müvafiq qurumlar bu kateqoriyadan olan şəxslərin hərbi xidmətə çağırışının xüsusi əsaslarını müəyyən etmək üçün müzakirələr aparmalı və qanunvericiliyə müəyyən dəyişikliklər barədə təkliflər müzakirə edilməlidir”, - nazir əlavə edib.

Lider-Media.az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi