lider-media.az

Tullantıdan sənətə: Abşeron Milli Parkında növbəti ekoloji tədbir

Baxış: 35 Tarix: 10-11-2024, 15:52

"Ətraf mühitə qayğı" çağırışı ilə tullantılardan hazırlanmış əl işlərinin Abşeron Milli Parkında sərgisi keçirilir.Sərgidə təbiətə qayıdış və etno instalyasiya nümunələri, həmçinin ekoloji təmiz qida məhsulları nümayiş etdirilir.Gənc heykəltəraş - instalyator Emil Məcidovun tullantılardan hazırladığı "Yer kürəsi, Qobustan qayası, Lotus gülü" əsəri və digər instalyasiya nümunələri iqlim dəyişmələri ilə mübarizədə gənclərin rolunu, ətraf mühitə qayğı naminə həmrəyliyi, təbiətlə vəhdəti, cəmiyyətin məsuliyyətini ehtiva edir.Sərginin keçirilməsində məqsəd tullantılardan səmərəli istifadənin və iqlim dəyişikliyi məsələlərinin incəsənətin vizual gücü ilə diqqətdə saxlanılmasıdır.İctimaiyyəti iqlim dəyişikliyi ilə mübarizəyə və ətraf mühitə qayğı göstərməyə çağıran sərgi noyabrın sonunadək davam edəcək.

Lider-Media.az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2025    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi