lider-media.az

Azərbaycan Qazaxıstanda keçirilən IX Beynəlxalq Teatr Festivalında təmsil olunur

Baxış: 319 Tarix: 9-11-2024, 17:22

Azərbaycan Qazaxıstanda keçirilən IX Beynəlxalq Teatr Festivalında təmsil olunur

Mərkəzi Asiya ölkələri ilə türkdilli dövlətlər arasında teatr sənəti sahəsində əməkdaşlığın və dostluq əlaqələrinin möhkəmləndirilməsi çərçivəsində Çimkənddə IX Beynəlxalq Teatr Festivalı keçirilir.

Lider-media.az Qazaxıstan Respublikasının Mədəniyyət və İnformasiya Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, festival J.Şanin adına Çimkənd Şəhər Akademik Qazax Dram Teatrının 95 illik yubileyinə həsr olunub.

Festivalda Azərbaycan, Qırğızıstan, Özbəkistan, Türkiyə, Tatarıstan və Qazaxıstan teatrlarının ən yaxşı tamaşaları təqdim ediləcək.

Proqrama aparıcı teatrşünasların iştirakı ilə tamaşaların müzakirəsi üçün dəyirmi masalar, eləcə də dəvət olunmuş əcnəbi müəllimlər tərəfindən aparılacaq rejissorlar, aktyorlar və teatr menecerləri üçün ustad dərsləri daxildir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi