8 noyabr - Zəfər Günü münasibətilə Dövlət Sərhəd Xidmətinin struktur qurumlarında və hərbi hissələrində təntənəli tədbir keçirilmişdir.
Vətən müharibəsinin 4-cü ildönümündə II Fəxri xiyabanda Dövlət Sərhəd Xidmətinin rəhbər heyəti ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası uğrunda şəhid olmuş Vətən övladlarının əziz xatirəsini dərin ehtiramla yad etmiş, məzarları üzərinə güllər düzmüşlər.
Dövlət Sərhəd Xidməti aparatında, struktur qurumlarında və hərbi hissələrində keçirilən tədbirlərdə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, Dövlət Himni səsləndirilmişdir.
Qarabağa və Şərqi Zəngəzura qayıdışı milli çağırışımız elan edən, ölkəmizi Cənubi Qafqazın lider dövlətinə çevirən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi, hərbçilərimizin rəşadəti, xalqımızın birliyi nəticəsində işğaldan azad edilmiş ərazilərdə qısa müddətdə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərindən, “Böyük Qayıdış” proqramı çərçivəsində məcburi köçkünlərin öz doğma yurdlarına ləyaqətli, könüllü və təhlükəsiz şəkildə qaytarılmasından danışılmışdır.
Bildirilmişdir ki, dövlət başçısının şəxsi nəzarəti altında ötən dörd il müddətində bu ərazilərdə tarixlə müasirliyin vəhdəti yaradılmış, dünyada bərabərinə rastlanmayan işlər gerçəkləşdirilmişdir.
Tədbirdə Vətən müharibəsi, 12-13 sentyabr hadisələri və antiterror əməliyyatları zamanı Dövlət Sərhəd Xidmətinin qarşısında qoyulmuş tapşırıqların layiqincə icra olunduğu, istər hava məkanında, istərsə də yerüstü əməliyyatlarda sərhədçilərin qəhrəmanlıqları qeyd edilmiş, şəhadətə yüksəlmiş oğullarımızın adlarının hər zaman ehtiramla yad ediləcəyi, qanları ilə yazdıqları şücaət dastanlarının, qoyduqları mirasın daim uca tutulacağı və gələcək nəsillərə örnək olacağı böyük qürur hissi ilə qeyd edilmişdir.
Tədbirin sonunda sərhədçilərə həsr olunmuş “Görünməyən Qəhrəmanlar – Dövlət Sərhəd Xidməti” sənədli nümayiş olunmuşdur.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi

















_7879a86dc18baf1eaa85a75496090288.jpeg)






Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib YENİLƏNİB
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Prezident İlham Əliyev forumda iştirak edib
DSX: 27 sentyabr – Anım Günü münasibətilə silsilə tədbirlər keçirilib
DSX rəhbərliyi Fəxri xiyaban və Şəhidlər xiyabanını ziyarət edib
DSX: Gənc əsgərlərin andiçmə mərasimi keçirilib
KMBİ tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxsi saxladı
İstanbulda Zəfər Gününə həsr olunan növbəti tədbir keçirilib
Deputat Pərvanə Vəliyeva seçiciləri ilə görüşüb
Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı müsabiqənin yazılı imtahan mərhələsinin keçirilmə tarixi dəyişdirilib
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb
Bakı–London münasibətlərində yeni strateji mərhələ: tərəfdaşlığın hədəfləri genişlənir
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib
Azərbaycan Konstitusiyası – müstəqil dövlətçiliyimizin hüquqi təməli
Bolqarıstan Respublikasının Prezidenti Zati-aliləri xanım İliyana Yotovaya
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib
Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə Prezidentinin Azərbaycana səfəri ilə bağlı paylaşım edilib VİDEO
COP31 çərçivəsində Antalyada dünyanın ən böyük müasir incəsənət proqramı – COPArt təqdim ediləcək
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub
Üçrəngli bayrağımızın kölgəsində yazılan Zəfər: Vətən müharibəsinin 44-cü günü – Qələbəyə aparan son döyüş
Professor: " Üçrəngli bayrağımız hər bir azərbaycanlının qürur və iftixar mənbəyidir"
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
İlham Əliyev: Heç kimə imkan vermərik ki, Azərbaycanla Türkiyənin arasına girsin
Prezident İlham Əliyev: Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdu

Erməni deputatlardan əzələ nümayişi
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
Yodun bir damlası, gələcəyin min ümidi
Ürəyin hər döyüntüsü – həyatın bizə bəxş etdiyi ən qiymətli səs
Payızın astanasında: Zamanın böyük dövranı
Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb