lider-media.az

   Zəfər Günün mübarək, Azərbaycan!

Tarix: 8-11-2024, 08:22

 

 Tarixə qızıl hərflərlə yazılan qələbəni 30 ilə yaxın müddət ərzində gözləyən Azərbaycan xalqı Ali Baş Komandanın əmri ilə müharibə dövründə öz dəmir yum­ruğunu,birliyini və gücünü nümayiş etdirə bildi.Vətən müharibəsində qazanılan qələbə, milli birliyimizin qələbəsi oldu. Bizə qürür və fəxarət yaşadan bir qələbə!

 Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqın və Ulu Öndərin müqəddəs arzusunu on yeddi il ərzində qətiyyətlə, ardıcıllıqla həyata keçirdiyi hərtərəfli tərəqqi və sürətli inkişaf strategiyası,mükəmməl sosial-iqtisadi islahatlar və müasir ordu quruculuğu sayəsində gerçəkləşdirdi,möhtəşəm Zəfərin,misilsiz Qələbənin memarı və müəllifi kimi adını əbədi olaraq Azərbaycanın indiki və gələcək nəsillərinin yaddaşına,Vətən tarixinə yazdırdı.Dövlət başçımızın rəhbərliyi, qətiyyəti, sərkərdəlik məharəti, xalqın Prezidentinə olan birmənalı dəstəyi və onun ətrafında sıx birləşməsi,Azərbaycan Ordusunun rəşadəti və yüksək döyüş qabiliyyəti sayəsində təmin edilən bu şanlı Zəfər hər bir azərbaycanlıda böyük qürur və iftixar hissi doğurur.Tarixi Qələbə barədə Prezident İlham Əliyev demişdir:“Bu,xalq qarşısında,tarix qarşısında, gələcək nəsillər qarşısında bizim borcumuz idi və biz bu borcu şərəflə yerinə yetirdik”.

Vətən müharibəsindəki möhtəşəm qələbə Azərbaycan tarixinin ən parlaq uğurudur. Eyni zamanda bu, bütün türk dünyasının zəfəridir.Bu Zəfərlə tarixi Azərbaycan torpaqları üzərində salınacaq Zəngəzur dəhlizi türk dünyasını birləşdirən körpüyə çevriləcək.Tarixi qələbəmizlə başa çatan Vətən müharibəsi və son bir il ərzində işğaldan azad olunmuş ərazilərin bərpası istiqamətində görülən işlər bir daha təsdiq edir ki,Prezident İlham Əliyev Azərbaycan xalqının arzularını reallığa çevirən,onu inamla gələcəyə doğru aparan Liderdir.Cənab İlham Əliyev dövlətimizin tarixinə möhtəşəm Zəfər salnaməsini həkk edən görkəmli dövlət xadimi,müdrik siyasətçidir.Bu Zəfər salnaməsi isə əbədiyyətə qədər tariximizi şərəfləndirəcəkdir.

Bəli, bu gün xalqımız Azərbaycan Prezidenti, Ali Baş Komandan Cənab İlham Əliyevin qətiyyəti sayəsində çoxəsrlik tariximizin dördüncü ildir ki, Zəfər Gününü qürurla qeyd etməyə hazırlaşır. 8 noyabr 2020-ci il - Qarabağa qovuşduğumuz tarixinin dördüncü ilini - Böyük Qələbə, Şanlı tariximizə daxil olan Zəfər gününü, Qarabağ münaqişəsinə xalqımızın zəfəri ilə NİDA! qoyduğu günü qeyd edir. Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi ölkəmizin Qələbəsini təmin edən mühüm amillər oldu. Ulu əcdadlarımızın zəngin dövlətçilik və hərb tarixindən ilhamlanan Azərbaycan xalqı daha bir şanlı qəhrəmanlıq salnaməsi yazaraq, özünün qalib xalq olduğunu bütün dünyaya sübut etdi, düşmən üzərində tarixi Zəfər çaldı. Müzəffər Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi altında cəmi 44 günə mümkünsüzü mümkün etdi! Ermənistanın hərbi kaputilyasiyasına nail olduq! Bəşəriyyətə haqqın, ədalətin böyük dövlətlərin tapdağından qurtara biləcək bir dövlətin - Azərbaycanın var olduğunu sübut etdik. Bu ədaləti 44 gün ərzində Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları, bütün Türkiyə xalqı bir yumruq kimi birləşərək təkcə Ermənistanın yox, bütövlükdə haqsız güclərin üstünə getdi və sübut etdi ki, haqq yolunda, ədalətin, ərazi bütövlüyümüzün bərpası uğurunda vuruşuruq. 10 noyabrda Müzəffər Azərbaycan Ordusu cəmi 44 günə hərbi yolla 30 il düşmən torpağında inləyən vətən torpaqlarını işğaldan azad etdi. 44 gündə müzəffər Azərbaycan Ordusu dünyaya sübut etdi ki, döyüş meydanında zəfəri tanklarla, toplarla deyil, ağılla, zəkayla və bir də insan zehninin ən son nailiyyəti olan PUA-larla qazanmaq olar.


Bu tarixi zəfər təkcə Azərbaycan xalqının 30 illik işğal altında qalan əzəli torpaqlarının azadlığa qovuşması tarixi deyil. Bu tarixi zəfər, həm də qüdrətli Azərbaycan ordusunun dünya hərb tarixinə qızıl hərflərlə həkk edilən döyüş dastanıdır. Vətən müharibəsinin ən kritik mərhələsi – Şuşanın azad olunması üçün aparılan qanlı əməliyyat dünyanın ən güclü ordulara sahib olan fövqəldövlətlərinin heyrətinə səbəb olmuşdu. Bəli, öz xaqlının iradəsi ilə əzəli torpaqlarını erməni faşizmindən qurtarmaq üçün cəngəvar kimi döyüşən əzəmətli Azərbaycan Ordusu dünya hərb tarixinə ŞUŞA DƏRSİ-ni yazdı.Şuşanın işğaldan azad edilməsi əməliyyatı gerçəkdən heyratamiz idi. Demək olar ki, yüngül silahlarla dərələrdən, meşələrdən, sıldırım qayalardan, dağlardan keçən şücaətli Azərbaycan əsgəri əlbəyaxa döyüşdə artileriyyasız, sadəcə bıçaqla əlbəyaxa döyüşə girərək düşmənin 30 illik möhkəmlənmiş səngərlərini yerlə yeksan etdi. Bu döyüş Qarabağın tacı olan Şuşanın azadlığı üçün aparılan tarixi döyüş idi. Şuşa döyüşü bir dövlət olaraq bizim əzəmətimizi, gücümüzü, əsgərimizin qorxmazlığını təkcə düşmənə deyil, onların dünyadakı havadarlarına da göstərmiş oldu. Şuşa şəhidlərimizin qanı bahasına, kişiliyi, qorxmazlığı bahasına bir neçə saatda yağı düşməndən azad olundu.

Nəhayət, 2020-ci ilin noyabrın 8-də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev hər bir azərbaycanlı üçün müqəddəs sayılan bir məkandan - Şəhidlər xiyabanından Şuşanın işğaldan azad edilməsi ilə bağlı xoş müjdəni xalqımıza çatdırdı. Ali Baş Komandan İlham Əliyev cənabları xalqa müraciətində tarixi çıxış etdi və ata vəsiyyətinə əməl etdiyini və Şuşa şəhərinin işğaldan azad edilməsi xəbərini bizlərə verdi: «Sən azadsan əziz ŞUŞA!».

 Lider-Media.az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi