lider-media.az

8 Noyabr Zəfər Günüdür!

Baxış: 315 Tarix: 8-11-2024, 08:04

8 Noyabr Zəfər Günüdür!

Azərbaycan xalqının ən müasir tarixinin şanlı bayramlarından biri Zəfər Günü qeyd olunur. 2020-ci ilin 27 sentyabrında başlanan və noyabrın 8-də böyük qələbə ilə yekunlaşan 44 günlük Vətən müharibəsində tarix yazan müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti rəhbərliyi sayəsində rəşadətli Azərbaycan ordusu təcavüzkar düşmən tapdağı altında qalan doğma torpaqlarımızı işğaldan azad edib.
2023-cü il sentyabrın 19-da Azərbaycanın Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması və Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərksilah edilərək torpaqlarımızdan çıxarılması, həmin ərazilərdə Azərbaycan Respublikası Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə cəmi 23 saat aparılan antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikasının suverenliyi tam bərpa edilib.
Yeri gəlmişkən, 2021-ci il may ayının 29-da istifadəyə verilmiş və tarixi Günü öz adında ehtiva edən, Bakı metropoliteni üçün xüsusi məna daşıyan “8 Noyabr” stansiyası metropolitençilərin qürur mənbəyidir.
Misilsiz qəhrəmanlıq göstərmiş Azərbaycan əsgəri və şəhidlərimizin əbədi xatirəsi heç vaxt unudulmayacaq.
Bayramımız mübarək!

Bakı Metropoliteninin kollektivi


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi