lider-media.az

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının əməkdaşı Pan-Avropa Regional Şurası Gənclər komitəsinin üzvü seçilib

Baxış: 586 Tarix: 7-11-2024, 20:57

Noyabrın 6-7-də Belçikanın paytaxtı Brüssel şəhərində Pan-Avropa Regional Şurasının (PARŞ) Gənclər komitəsinin “Rəqəmsallaşma dövründə gənclərin məşğulluğu” mövzusunda konfransı keçirilib.Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının baş mütəxəssisləri – Tural Süleymanov və Eşqin Əliyev tədbirdə iştirak ediblər.

Lider-Media.az xəbər verir ki,konfransda rəqəmsallaşma dövründə gənclərin məşğulluğu, o cümlədən gənclərin əmək bazarında qarşılaşdığı çağırışlar və rəqəmsal texnologiyaların iş yerlərində tətbiqi məsələləri müzakirə olunub. Həmçinin “Gələcəyin işi”, “İş yerlərində süni intellektin rolu” və “Rəqəmsal təşkilatlanma” mövzularında panel sessiyalar təşkil olunub.

Konfransda Gənclər komitəsinə seçkilər keçirilib, namizədliyi irəli sürülmüş Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının baş mütəxəssisi Eşqin Əliyev komitənin üzvü seçilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi