lider-media.az

Meteo.az mobil tətbiqi istifadəyə verilib

Baxış: 257 Tarix: 7-11-2024, 16:57

Azərbaycanda faktiki və gözlənilən hava şəraiti ilə bağlı məlumatları operativ əldə etmək və izləmək məqsədilə Milli Hidrometeorologiya Xidməti tərəfindən meteo.az mobil tətbiqi test rejimində istifadəyə verilib. Bunu Xidmətin rəsmisi Gülnarə Abbasova bildirib.

O qeyd edib ki, tətbiq vasitəsilə ölkə ərazisində mövcud və gözlənilən hava şəraiti, temperatur, küləyin sürəti və istiqaməti, atmosfer təzyiqi, rütubət eyni zamanda təhlükəli hava ilə bağlı xəbərdarlıqlar haqqında məlumatlar təqdim olunur.
“Tətbiqdə qısamüddətli proqnozlarla yanaşı həftəlik hava proqnozları da qeyd olunur”.
Xidmət rəsmisinin sözlərinə görə, “meteo az” mobil tətbiqi hazırda İOS platforması üzərindən fəaliyyət göstərir, yaxın vaxtlarda "Android" versiyası da ictimaiyyətin istifadəsinə veriləcək.
“Qeyd edək ki, hazırda test rejimində işləyən mobil tətbiqlə bağlı təklif və fikirlərinizi “tənzimləmələr” bölməsində “Bizə bildir” hissəsində və ya [email protected] poçt ünvanına yaza bilərsiniz”.
Lider-Media.az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi