lider-media.az

Zəfər günündə Ulu Öndərin və şəhidlərimizin məzarları ziyarət olunub - VİDEO

Baxış: 234 Tarix: 7-11-2024, 16:48

Noyabrın 7-də Müdafiə Nazirliyinin rəhbər heyəti və Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu Zəfər günü münasibəti ilə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin məzarlarını ziyarət edib.

Əvvəlcə Fəxri xiyabanda Ümummilli Liderin abidəsi önünə qızılgül dəstələri düzülərək xatirəsinə dərin hörmət və ehtiram nümayiş etdirilib.
Müdafiə Nazirliyinin rəhbərliyi görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarını ziyarət edib, üzərinə qızılgüllər düzüb, xatirəsini hörmətlə anıb.
Sonra Şəhidlər xiyabanı ziyarət olunaraq torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin məzarlarına və “Əbədi məşəl” abidəsinin önünə tər gül dəstələri qoyulub.

Daha sonra Müdafiə Nazirliyinin rəhbərliyi və şəxsi heyət İkinci Şəhidlər xiyabanına gəlib.  
Burada hərbi orkestrin ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Vətənimizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin məzarları üzərinə gül dəstələri düzülərək ruhları dərin hörmət və ehtiramla anılıb.

Şəhid ailələri və yaxınları ilə görüşərək çay süfrəsi arxasında səmimi söhbət aparan müdafiə naziri general-polkovnik Zakir Həsənov onların qayğıları ilə maraqlanıb.
Şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, həmçinin Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.

Lider-Media.az



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi