lider-media.az

Taleh Qaraşov Milli Qəhrəman Əsgər Əliyevin abidəni ziyarət edib

Baxış: 222 Tarix: 7-11-2024, 13:29

Lider-Media.az xəbər verir ki, Lənkəran Şəhər İcra Hakimiyyəti (ŞİH) hər zaman dövlətin ərazi bütövlüyü, torpaqlarımızın azadlığı, sərhədlərimizin toxunulmazlığı və konstitusiya quruluşunun dəyişdirilməsinə qarşı mübarizədə canını fəda edən qəhrəman Vətən övladlarının xatirəsinin əziz tutulmasını diqqət mərkəzində saxlayır. 

Lənkəran ŞİH başçısı Taleh Qaraşov, icra hakimiyyəti aparatının məsul şəxsləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, yerli idarə və müəssisələrin və ictimaiyyətin nümayəndələri noyabrın 7-də Milli Qəhrəman Əliyev Əsgər Ələkbər oğlunun doğum günü ərəfəsində abidəsini ziyarət edib, önünə tər güllər düzüb. Milli Qəhrəman atası ilə yaxından söhbət edən icra başçısı dövlət və dövlətçiliyimizin müdafiə uğrunda canından keçən hər kəsin xatirəsinə hörmət və ehtiramın göstərilməsinin mənəvi borcumuz olduğunu vurğulayıb.

Milli Qəhrəmanın atası Ələkbər Əliyev də öz növbəsində şəhidlərimizə göstərilən diqqət və qayğıdan məmnun olduğunu, dövlət tərəfindən bütün problem və qayğılarının daim diqqətdə saxlanıldığını ifadə edib, bütün bunlara görə cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını vurğulayıb.

Allah rəhmət eləsin!


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi