lider-media.az

Şuşada Zəfər Günü ilə bağlı atəşfəşanlıq olacaq

Baxış: 168 Tarix: 7-11-2024, 11:32

Lider-Media.az xəbər verir ki,8 Noyabr - Zəfər Günü ilə bağlı Şuşada tədbirlər keçiriləcək, atəşfəşanlıq olacaq.Bu barədə Şuşa Şəhəri Qoruq İdarəsi məlumat yayıb.Bildirilib ki, Zəfər Günü ilə əlaqədar Bayraq meydanının qarşısından Şuşa Qalasına qədər hərbi yürüş baş tutacaq.Tədbir çərçivəsində məktəb şagirdlərinin ifasında bayram nümayişi olacaq, həmçinin sakinlərin, uşaq, yeniyetmə və gənclərin rəsmlərindən və əl işlərindən ibarət sərgiyə baxış olacaq. Bundan əlavə, Şuşa Dövlət Musiqili Dram Teatrının aktyorlarının ifasında "Müsyo Jordan və Dərviş Məstəli Şah” tamaşasının nümayişi olacaq, həmçinin konsert təşkil olunacaq.Zəfər Günü atəşfəşanlıqla başa çatacaq.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi