lider-media.az

Şəhid övladlarına həsr edilmiş konsert proqramı keçirilib

Baxış: 194 Tarix: 6-11-2024, 22:41

 


4 Noyabr 2024-cü il tarixdə Şəki şəhər 2 nömrəli Uşaq Musiqi məktəbinin təşkilatçılığı ilə Zəfər Günü münasibəti ilə "Zəfərin mübarək Azərbaycan" adlı şəhid övladlarına həsr edilmiş konsert proqramı keçirilib.

Konsertdə Şəhid övladları, valideynləri, Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin rəhbərliyi, mədəniyyət işçiləri iştirak edib.

Şəhidlərin xatirəsininin anılması ilə başlayan konsert 2 nömrəli Uşaq Musiqi məktəbinin müəllimlərindən ibarət ansamblın ifasında rəngarəng musiqilər səsləndirilməsi ilə davam edib.

Şəhid övladlarına və valideynlərinə məktəbin rəhbərliyi tərəfindən Şəhidlərin fotoşəkli əks olnmuş portretlər hədiyyə edilib. Sonda xatirə şəkli çəkilib.



 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi