lider-media.az

Metropoliten kollektivi Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Baxış: 66 Tarix: 6-11-2024, 15:23

Metropoliten kollektivi Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyar...

Bakı metropoliteninin fəaliyyətə başlamasının 57-cı ildönümü və 6 Noyabr - Metropoliten İşçilərinin Peşə Bayramı Günü münasibətilə qurumun kollektivi Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin xatirəsi yad edilib,dahi şəxsiyyətin məzarı önünə əklil və gül dəstələri qoyulub.
Azərbaycanın görkəmli oftalmoloqu və Əməkdar elm xadimi, Ulu Öndərin ömür-gün yoldaşı Zərifə Əliyevanın da məzarı üzərinə gül dəstələri düzülüb.
“Bakı Metropoliteni” QSC kollektivinin nümayəndələri Şəhidlər Xiyabanında 1990-cı ilin qanlı 20 yanvar gecəsinin günahsız qurbanlarının, o cümlədən Bakı metropoliteninin iki əməkdaşı - vaqon təmirçisi İlqar Qarayev və metro inşaatçısı Əflatun Kazımovun məzarları önünə güllər düzüblər Azərbaycanın ərazi bütövlüyü uğrunda həyatlarını qurban vermiş bütün Vətən övladlarının xatirəsi ehtiramla anılıb.
 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi