lider-media.az

Vətən müharibəsinin xronikası: 6 noyabr

Baxış: 126 Tarix: 6-11-2024, 14:03

Vətən müharibəsinin xronikası: 6 noyabr

Lider-Media.az 44 günlük Vətən müharibəsinin gedişini xronoloji ardıcıllıqla təqdim edir.

6 noyabr - müharibənin 41-ci günü

• Ordumuz Ağdam və Ağdərə istiqamətlərində düşmənin hərbi kolonunu, artilleriya batareyasını və silah-sursat anbarını darmadağın edib. Düşmənin komandir heyəti də daxil olmaqla, xeyli sayda canlı qüvvəsi, bir rabitə avtomobili, sursatla dolu iki “KamAZ” maşını və qoşqusunda top olan üç “Ural” maşını, xeyli sayda digər sursat və artilleriya qurğuları məhv edilib. Ermənistan ordusunun bölmələri cəbhənin Qubadlı istiqamətində mövqeləri ataraq qaçıb.

• Döyüş əməliyyatları müxtəlif intensivliklə əsasən Ağdərə, Ağdam, Xocavənd və Qubadlı istiqamətlərində davam edib. Cəbhənin bəzi yerlərində şəxsi heyətini və hərbi texnikasını itirən düşmən geri çəkilməyə məcbur olub.

• Düşmənin minaatanlarının atış nöqtələrinə  döyüş mövqelərinə zərbələr endirilib.

• Müdafiə Nazirliyi Füzuli rayonunun işğaldan azad olunan kəndlərinin videogörüntülərini yayıb.

• Ermənistan ordusunun təxribatları nəticəsində sentyabrın 27-dən noyabrın 6-dək 92 nəfər həlak olub, 404 nəfər isə xəsarət alıb, 3 min 64 ev, 100 yaşayış binası və 504 mülki obyekt yararsız vəziyyətə düşüb. Bu barədə Baş Prokurorluq məlumat yayıb.

• FHN-in yanğınsöndürmə qüvvələri işğaldan azad edilmiş ərazidə ilk yanğınsöndürmə əməliyyatı həyata keçirib.

 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi