lider-media.az

Noyabrın 7-də gözlənilən hava şəraiti

Baxış: 306 Tarix: 6-11-2024, 13:54

Lider-Media.az Milli Hidrometrologiya Xidmətinə istinadən xəbər verir ki,sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 5-8° isti, gündüz 12-16° isti olacaq. Atmosfer təzyiqi 772 mm civə sütunundan 775 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 55-60 % olacaq.
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin gecə bəzi şərq rayonlarında qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Arabir duman olacaq. Qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 3-7° isti, gündüz 12-17° isti, dağlarda gecə 2-5° şaxta, yüksək dağlıq ərazilərdə 5-10° şaxta, gündüz 3-7° isti olacaq.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi