Tramp yoxsa Harris? Hansı seçilərsə, Azərbaycan üçün faydalı olar - DEPUTAT AÇIQLADI
Donald Trampın yoxsa Kamala Harrisin qalib gələcəyini proqnozlaşdırmaq kifayət qədər çətindir. Çünki demək olar ki, hər ikisinin səs faizləri bərabərdir. Bəzi ştadlarda Kamala Harris, bəzilərində Trump öndədir. Ona görə indidən bunu söyləmək çətindir.
Bunu Lider-media.az-a danışan Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.
O bildirib ki, müxtəlif proqnozlar var. Proqnozlardan biri odur ki, Amerikanın növbəti prezidenti Trump olsun.
Trumpın reytinqi yüksəkdir. Çünki onu Amerika daxilində istəyənlər son vaxtlar sürətli bir formada artır. Və eyni zamanda mən düşünürəm ki, Trump uğurlu bir seçgi kampaniyasını da qura bildi və həyata keçirə bildi.
“Azərbaycanla bağlı münasibətlərdə gəldikdə biz həmişə çalışmışıq ki, ABŞ ilə münasibətlərimizi yüksək səviyyədə quraq. Azərbaycan bunun üçün həmişə addımlarını atırdı və biz bunun üçün çalışmışıq. Amma münasibətlərin əlavələrinin necə olacağını zaman göstərəcək.
Mən düşünürəm ki, hər halda Trump hakimiyyətə gələrsə, o Azərbaycanla əlaqələrinin qorunmasına və inkişafına önəm verəcək. Bütün hallarda bizim ABŞ ilə uzun müddətli bir əməkdaşlığımız var və biz bu əməkdaşlığın davam etməsini istəyirik.
Bütün hallarda bizim istədiyimiz odur ki, ABŞ-da prezident kim seçilsə də, bölgəmizdəki proseslərə müdaxilə olmasın və Elmənistanla sülh müqaviləsini imzalaması üçün real və ciddi addımlar atırsın”.