lider-media.az

Daxili Qoşunların gənc əsgərləri and içdi

Baxış: 448 Tarix: 5-11-2024, 12:54


Noyabrın 5-də Daxili Qoşunların “N” saylı hərbi hissəsində xidmətə yeni qəbul edilmiş çağırışçıların andiçmə mərasimi keçirilib.
Tədbirdə daxili qoşunlar komandanının müavini - şəxsi heyət üzrə idarənin rəisi general-mayor İnqilab Muradov iştirak edib.
Əvvəlcə hərbi hissənin döyüş bayrağı sıra meydanına gətirilib, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirələri yad edilib, Dövlət Himni ifa olunub.
DİN Mətbuat Xidmətindən Lider-media.az-a bildirilib ki, əsgərlər hərbi and içərək, Azərbaycan Respublikasının mənafeyini, onun suverenliyini, ərazi bütövlüyünü və müstəqilliyini şərəflə qoruyacaqlarına, bundan ötrü canlarını belə əsirgəməyəcəklərinə söz veriblər.
Tədbirdə çıxış edənlər əsgərlərə Vətənə, dövlətə və Ali Baş Komandana, hərbi anda sadiq olmalarını, nümunəvi, intizamlı xidmət etmələrini, silah və texnikanın sirlərini dərindən öyrənərək döyüş hazırlıqlarını daim artırmalarını, komandir-rəis heyətinin əmr və sərəncamlarını dəqiq və vaxtında yerinə yetirmələrini, vəzifə borclarının icrasına məsuliyyətlə yanaşmalarını tövsiyə ediblər.
Tədbir şəxsi heyətin təntənəli keçidi ilə başa çatıb.


Videolink: https://youtu.be/MBU2f0v_HKk


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июль 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi