lider-media.az

Ekoloji mühitin yaxşılaşdırılması, yaşıllıqların cari vəziyyətinin öyrənilməsi məqsədilə onlayn görüş keçirilib

Baxış: 85 Tarix: 5-11-2024, 14:26

Ekoloji mühitin yaxşılaşdırılması, yaşıllıqların cari vəziyyətinin öyrənilməsi məqsədilə Bakı şəhərinin Səbail, Nəsimi, Yasamal, Nərimanov, Nizami və Xətai rayonları üzrə götürülməsi zəruri olan ağaclarla bağlı Dövlət Ekoloji Ekspertiza Agentliyi tərəfindən aidiyyəti qurumlarla onlayn görüş keçirilib.

Rayon icra hakimiyyəti və bələdiyyə əməkdaşlarının, müstəqil ekoloqların, QHT və KİV nümayəndələrinin iştirakı ilə təşkil olunan görüşdə mövsümi aqrotexniki işlərin görülməsinin təmin edilməsi, qurumuş və ya qəzalı vəziyyətə düşmüş müxtəlif cinsli ağacların götürülməsi istiqamətində görüləcək işlər müzakirə edilib.
Qeyd edilib ki, icra hakimiyyəti orqanları və bələdiyyələr öz ərazilərində mövcud olan yaşıllıqlara mülkiyyətləri kimi yanaşmalı, vaxtında və düzgün aqrotexniki qulluq tədbirləri görməlidirlər.
Onlayn müzakirədə vaxtında və düzgün aqrotexniki qulluq göstərilməməsi səbəbindən bəzi ağacların quruduğu və ya qəzalı vəziyyətə düşdüyü təəssüflə vurğulanıb. Həmçinin quruyan və ya qəzalı vəziyyətə düşən ağacların götürülməsi ilə bağlı müraciətin gecikdirilməməsi, rəy verildikdən sonra onun dərhal icra edilməsinin vacibliyi diqqətə çatdırılıb.
Lider-Media.az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi