lider-media.az

Noyabrın 6-da gözlənilən hava şəraiti

Baxış: 193 Tarix: 5-11-2024, 12:26

Lider-Media.az-a Milli Hidrometrologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və axşam bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi səhər şimal-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 6-8° isti, gündüz 11-14° isti olacaq. Atmosfer təzyiqi 770 mm civə sütunundan 774 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 75-80 %, gündüz 60-65 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, şimşək çaxacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gündüz tədricən kəsiləcək. Arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 4-8° isti, gündüz 10-15° isti, dağlarda gecə 0-5° şaxta, yüksək dağlıq ərazilərdə 5-10° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi