lider-media.az

“Təbiəti mühafizə planı”nın hazırlanması üzrə İşçi Qrupunun ilk iclası

Baxış: 176 Tarix: 5-11-2024, 11:55

Lider-Media.az xəbər verir ki,Ekologiya və Təbii Sərvətlər Nazirliyi və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı təşkilatının (FAO) birgə təşkilatçılığı ilə “Bioloji müxtəlifliyin mühafizəsi və davamlı istifadəsi: İdarəetmənin təkmilləşdirilməsi vasitəsilə Azərbaycanın xüsusi mühafizə olunan ərazilər sisteminin gücləndirilməsi” layihəsi çərçivəsində Azərbaycan üçün “Təbiəti mühafizə planı”nın hazırlanması üzrə İşçi Qrupunun ilk iclası keçirilib.İclasda layihəyə cəlb olunan ekspertlər tərəfindən “Təbiəti Mühafizə Planı”nın qısa icmalı, İşçi Qrupunun yaradılmasının əsaslandırılması, “Təbiəti Mühafizə Planı”nın təklif olunan formatı, strukturu və məzmununun qısa icmalı, Azərbaycanda biomüxtəlifliyin qorunması üçün prioritet sahələr, ərazi əsaslı mühafizənin cari vəziyyəti ilə bağlı müzakirələr edilib.
Eyni zamanda növbəti mərhələdə layihə çərçivəsində atılacaq addımlar və görüləcək işlər barədə rəy və təkliflərlə bağlı fikir mübadiləsi aparılıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi