lider-media.az

Dövlət Komitəsi Suqovuşan qəsəbəsinə və Talış kəndinə infotur təşkil edib

Baxış: 325 Tarix: 5-11-2024, 11:42

Lider-Media.az xəbər verir ki,Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Suqovuşan qəsəbəsinə və Talış kəndinə infotur təşkil edib. Dövlət Komitəsi Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi ilə videoqrafların Ağdərə rayonunun Talış kəndinə və Suqovuşan qəsəbəsinə səfərini təşkil edilib. Prezident İlham Əliyevin rəhbərliyi ilə rayonda aparılan bərpa-quruculuq işləri, yerli əhalinin doğma yurda geri qayıdışa hazırlanması ilə bağlı həyata keçirilən tədbirlər haqqında infotur iştirakçılarına ətraflı məlumat verilib. Qonaqlar səfər çərçivəsində Ağdərə rayonunun Talış kəndini və Suqovuşan qəsəbəsini ziyarət edib, burada yaradılan şəraitlə tanış olub, sakinlərlə söhbətləşiblər. Onlar səfər etdikləri ərazilərdə təbiət mənzərələrini, doğma yurdlarında məskunlaşan sakinlərin gündəlik həyatını və məşğuliyyətini əks etdirən foto-video çəkilişlər aparıblar. Videoqraflar səfərin məhsuldar və faydalı olduğunu qeyd ediblər. Xatırladaq ki, Böyük Qayıdışa dair I Dövlət Proqramının Tədbirlər Planının 3.1.2-ci bəndinin icrası çərçivəsində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi müxtəlif yaradıcı peşə sahiblərindən ibarət qrupların iştirakı ilə Qarabağa və Şərqi Zəngəzura infoturlar təşkil edir. 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi