lider-media.az

Tərtər-Ağdərə yolunun inşasına başlanıldı - Video

Baxış: 650 Tarix: 5-11-2024, 10:21

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Tərtər-Ağdərə avtomobil yolunun inşasına start verib.Bu barədə agentlik məlumat yayıb.

Məlumata görə, layihə üzrə yolun uzunluğu 24,2 km, torpaq yatağının eni 15 metr olacaq. Yol II texniki dərəcəyə uyğun 2 hərəkət zolaqlı olmaqla inşa edilir.

Hazırda yol boyunca deformasiyaya uğramış örtük və yol əsasının, bəzi hissələrdə yararsız qruntun çıxarılması, yol yatağının genişləndirilməsi, torpaq yatağının, hamarlayıcı qatın və əsasın alt qatının tikintisi işləri aparılır. Bundan başqa, suların ötürülməsini təmin etmək məqsədilə layihədə nəzərdə tutulan müxtəlif diametrlərə malik suötürücü boru və düzbucaqlı su keçidlərinin inşası da aparılır.

Yolun inşası rahat gediş-gəlişi təmin etməklə yanaşı yolboyu sosial-iqtisadi inkişafa da müsbət təsir göstərəcək.

Lider-Media.az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi