lider-media.az

“Qələbə qaçışı”nda metropoliten komandası 10 nəfərlə təmsil olunub 

Baxış: 166 Tarix: 5-11-2024, 10:17

“Qələbə qaçışı”nda metropoliten komandası 10 nəfərlə təmsil olunub 

Lider-Media.az Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Zəfər Günü münasibətilə xeyriyyə məqsədli “Qələbə qaçışı” keçirilib. “Qürurla irəli” devizi altında təşkil edilmiş marafon Dənizkənarı Milli Parkda başlanaraq 10 km məsafəni əhatə edib.
Qaçışda Metropoliten İşçiləri Həmkarlar İttifaqının təşkilatçılığı və maliyyə dəstəyi ilə “Bakı Metropoliteni” QSC-nin 10 əməkdaşdan ibarət komandası da iştirak edib.
Sadiq Həsənli (yol montyoru) 118-ci, Turan Mirzəyev (təmir sahəsinin akkumulyatorçusu) 179-cu, Samir Quliyev (rabitə sahəsinin elektrik montyoru) 209-cu, İsmayıl Babayev (eskalator ustası) 224-cü, Yunus Abdullayev (rəngsaz) 251-ci, Elməddin Xəkiyev (yol montyoru) 257-ci, Əli Mustafazadə (vaqon təmiri ustası) 268-ci, İntizam Bayramov (qazanxana maşinisti) 396-cı, Fərhad Məmmədov (mühəndis texniki qurğular dispetçeri) 453-cü, Faiq Əhmədov (Depolar üzrə iş departamentinin rəisi) 458-ci yeri tutublar.
Qaçışdan dərhal sonra normativlərə uyğun yerləri tutmuş bütün komanda üzvlərinə yarışın medalları təqdim edilib.
Metropoliten komandasının bütün üzvlərini təbrik edirik.
 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi