lider-media.az

FHN-in voleybol komandası ölkə kubokunun qalibi olub

Baxış: 545 Tarix: 4-11-2024, 20:16

Lider-Media.az xəbər verir ki, 4 noyabr 2024-cü il tarixində Gənclər və İdman Nazirliyinin Voleybol mərkəzində Azərbaycan Voleybol Federasiyasının təşkilatçılığı ilə kişi voleybolçular arasında “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində təşkil olunan ölkə kubokunun final qarşılaşması baş tutub.

Ölkə kubokunda B qrupunda yer alaraq finala vəsiqə qazanan FHN-i təmsil edən kişilərdən ibarət “Xilasedici” voleybol komandası final görüşündə "Azerrail" komandasını 3:0 hesabı ilə məğlub edərək ölkə kubokunun sahibi olub.

Final oyununu fövqəladə hallar naziri Kəmaləddin Heydərov da izləyib.

Qeyd edək ki, "Xilasedici" voleybol komandası kubok oyunlarında bundan əvvəl "Murov AZ Terminal", "MOİK" və "Neftçi" komandalarını məğlub edib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi