lider-media.az

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Baxış: 49 Tarix: 4-11-2024, 18:53

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Lider-Media.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, noyabrın 5-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib.

Naxçıvan MR, Ağcabədi, Astara, Ağsu, Beyləqan, Biləsuvar, Qəbələ, Cəlilabad, Cəbrayıl, İmişli, İsmayıllı, Qazax, Göygöl, Ağdərə, Xankəndi, Laçın, Şuşa, Qubadlı, Zəngilan, Gədəbəy, Kəlbəcər, Kürdəmir, Lənkəran, Lerik, Şirvan, Sabirabad, Saatlı, Salyan, Siyəzən, Füzuli, Xocavənd, Xızı, Quba, Qusar, Şabran, Şamaxı, Masallı, Yardımlıda sarı xəbərdarlığa uyğun olaraq fasilələrlə şimal-qərb küləyi əsəcək və küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Bakıda və Abşeron yarımadasında, Ağdam, Ağdaş, Zaqatala, Qax, Oğuz, Balakən, Şəki, Göyçay, Goranboy, Qobustan, Tərtər, Bərdə, Yevlax, Mingəçevir, Naftalan, Ucar, Zərdab, Xaçmaz, Şəmkir, Samux, Daşkəsən, Ağstafa, Tovuz, Gəncə, Neftçala, Hacıqabulda isə narıncı xəbərdarlığa uyğun olaraq fasilələrlə şimal-qərb küləyinin əsəcəyi və küləyin sürətinin 20.8-28.4 m/san olacağı gözlənilir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июль 2025    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi