“Moldovada Qərbyönümlü prezident yenidən qalib gəldi” - POLİTOLOQDAN İLGİNC RƏY
“Moldovada keçirilən seçkilərdə qərbyönümlü, hazırkı prezident Maya Sandu yenidən prezident seçildi. Mərkəzi Seçki Komissiyasının saytında dərc edilmiş ilkin səsvermə nəticələrinə əsasən, M.Sanduya 54,91%, A.Stoyanoqloya isə 45,09% səs verib”.
Bunu Lider-media.az-a danışan politoloq Məhəmməd Əsədullazadə deyib.
Onun sözlərinə görə, prezident Maya Sandunun əsas vəzifəsi, ölkəsini Avropa İttifaqına üzv etməli və əhalinin sosial-iqtisadi inkişafına nail olmalıdır. Həmçinin ölkəsinin təhlükəsizliyini təmin etməklə, Rusiyanın təsirlərini zəiflətməlidir.
“İkinci turda Moldova vətəndaşları qərbyönümlü siyasətə üstünlük verməklə, ölkəni Avropa İttifaqına üzvlüyünə səs verdilər. Qərb bu kimi fürsətdən istifadə etməyəcəksə, Moldovanı qapılar arxasında saxlayacaqsa, Rusiya yeni seçkilərdə mövqeyini gücləndirmiş olacaq. Çünki Qərb siyasətçiləri bəzən reallıqları düzgün qiymətləndirə bilmirlər. Demək olar ki, Rusiya lideri V. Putinin hədələlərindən qorxular.
V. Putin Ukrayna müharibəsində Qərb liderlərləri üzərində psixoloji qələbə əldə edib. Almaniya kansleri O. Şolts, Fransa prezidenti E. Makron V. Putin qarşısında qətiyyətsiz davranış nümayiş etdirməkdə davam edirlər. Böyük Britaniya bir qədər geri çəkilib. Moldovanın xanım prezidenti Qərb liderlərindən qətiyyətli davranış nümayiş etdirir.
Rusiyanın Moldovada prezident seçkilərində dəstək verdiyi A. Stoyanoqloy ikinci turda məğlub oldu. Moskva Moldovada milyonlarla vəsaitə xərcləmişdi. Bu ölkəni yenidən öz təsir dairəsinə salmaq üçün hərbi vasitələrdən istisna olmaqla, bütün mümkün imkanlardan istifadə etdi. Nəticə də xalq öz sözünü dedi.
Hazırda Rusiya Qaqauziya Muxtariyyətində və Dnsetryanı separatçı bölgəsində öz təsirini saxlayır. Gürcüstan da seçkilərdən sonra, Moldovada Moskva yönümlü siyasətçi qalib gəlsəydi, Qərb ciddi məğlubiyyətlə üzləşə bilərdi. Moldovada Rusiya və Qərb arasında nüfuz uğrunda həlledici rəqabət gedirdi. Qərb hələki kiçik fərqlə öndədir”.