lider-media.az

Qarabağ və Çinin bir sıra universitetləri potensial əməkdaşlıq imkanlarını müzakirə edib

Baxış: 5305 Tarix: 4-11-2024, 10:04

Qarabağ Universitetinin rektoru Şahin Bayramov Kəmər və Yol Universitetləri Alyansının (UAB&R) 2024-cü il Forumu çərçivəsində Çinin bir sıra universitetlərində olub.
Universitetin Mətbuat Xidmətindən Lider-media.az-a bildirilib ki, Ş.Bayramov Lanzou Universiteti, Şimal-Qərb Normal Universiteti, Lanzou Maliyyə və İqtisadiyyat Universitetinin rektorları ilə potensial əməkdaşlıq imkanlarını müzakirə edib.
Görüşlərin keçirilməsində məqsəd müxtəlif akademik sahələrdə əməkdaşlıq imkanlarını araşdırmaq, mübadilə proqramları, tədqiqat layihələri və akademik fəaliyyətlərin genişləndirilməsi üzrə strategiyaları inkişaf etdirməkdir.
Qeyd edək ki, beynəlxalq əməkdaşlığın inkişafı Qarabağ Universitetinin prioritetlərindən biridir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi