lider-media.az

  “Anam vətən əmanəti”

Tarix: 3-11-2024, 12:07

        

 Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi və rəşadətli Azərbaycan ordusunun qəhrəmanlığı sayəsində 44 günlük Vətən müharibəsində qazanılan tarixi zəfər xalqımızın yaddaşında sonsuz fəxarət və qürur hissləri ilə əbədi yaşayacaqdır. Doğma Qarabağımızı işğaldan azad edərək otuzillik yurd həsrətinə son qoyan cəsur zabit və əsgərlərimiz canları və qanları bahasına yeni tariximizin şanlı səhifələrini yazdılar.  Azərbaycanın İkinci Qarabağ savaşında mənfur düşmən Ermənistan üzərində qələbə çalmasında və torpaqlarımızın işğaldan azad edilməsində son damla qanlarına kimi döyüşərək şəhidlik zirvəsinə ucalan qəhrəman oğullarımızın böyük xidmətləri olub. Düşmənlə döyüşlərdə böyük şücaətlər göstərən və qəhrəmancasına şəhid olan  Ataşov Asif Kərim oğlunun da torpaqlarımıza azadlıq gətirənlərin simasında imzası var. Vətənə layiqli oğul oldu, əməli ilə hər kəsin başını uca etdi. Canından artıq sevdiyi Vətən , torpaq uğrunda mərdlik, şəhidlik zirvəsinə ucaldı... Birinci dəfə 32 il öncə keçmiş həyatlarını, evlərini eşiklərini geridə qoydular. İkinci dəfə isə işğal altındakı torpaqlarını azad etmək üçün övladlarını qurban verdilər. Ataşovlar ailəsi illər öncə Cəbrayılın Cocuk Mərcanlı kəndindən qaçqın düşüblər.

Ataşov Asif Kərim oğlu 10 aprel 2002-ci il tarixdə Abşeron rayonu, Xırdalan qəsəbəsində anadan olub. Əslən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndindən olan Asif 2008-ci ildə Xırdalan şəhər 2 nömrəli tam orta məktəbinin birinci sinfinə daxil olmuş, 2019-cu ildə həmin məktəbi bitirmişdir. 2020-ci ildə həqiqi hərbi xidmətə çağırılmışdır. Xidməti borcunu ləyaqətlə yerinə yetirən igid əsgər Asif Ataşov Vətənin bölünməzliyi uğrunda gedən İkinci Qarabağ savaşında 1 oktyabr 2020-ci il tarixdə Tərtər rayonu Dəmirçilər kəndi istiqamətindəki döyüşlərdə qəhrəmancasına həlak olmuşdur. Xırdalan şəhər Şəhidlər məzarlığında dəfn edilmişdir. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Prezident İlham Əliyevin Sərəncamları ilə Asif Kərim oğlu Ataşov ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə”, "Ağdamın azad olunmasına görə", "Xocavəndin  azad olunmasına görə" və "Suqovuşanın  azad olunmasına görə"  medalları ilə təltif edilmişdir.

 Qorxmaz, cəsur topçu  Asif  hərbi xidmətə gedərkən sadəcə bir cümlə işlədib: “Anam vətən əmanəti”. Asifin atası Kərim Ataşov: Mən özüm də birincu Qarabağ müharibəsi iştirakçısıyam. Bizim nəsil Qaqarağı azad edə bilməsə də bu bizim oğullara nəsib oldu. Bizim axıra kimi çatdıra bilmədiimiz işləri özladlarımız öhdəsindən gəldi. Şuşa alınan günü sevincimizin həddi-hüdudu yox idi. Bütün şəhidlərimizin qəbri nurla dolsun.

 Anası Şərafət xanım oğlumla qürur duyuram. Şəhidlərimiz bütün xalqın övladlarıdır. Ən böük arzusu ali məktəbə daxil olmaq idi. Kompüter mühəndisi olmaq istəyirdi. Arzuları da dəfn olundu. Asif əsgərliyə gedəndə deyirdi ki gəlib ali təhsil alacam. Vətənə bağlı uşaq idi. Uşaq vaxtlarında həmişə deyərdi ki, ay ana, mən əsgərliyə gedəndə müharibə başlayacaq. Əl hərəkətləri ilə göstərirdi ki mən erməniləri belə vuracam. 18 yaşında şəhidlik zirvəsinə yüksəldi. Oğlumla fəxr edirəm ki, elə bir oğulu dünyaya gətirmişəm.

 Bu gün qəhrəman şəhidimizlə təkcə ailə üzvləri yox, bütün xalq qürur duyur. Odur ki, Azərbaycan xalqı şəhidlərini daim dərin hörmət və ehtiramla yad edir. Asif kimi qəhrəman oğullarımız müasir gənclik üçün ən gözəl vətənpərvərlik nümunəsi hesab edilir.

 Nə qədər ki canını Vətən uğrunda əsirgəməyən igidlərimiz var Azərbaycan daima yaşayacaq, ucalacaq və qalib gələcək!

Lider-Media.az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi